Dələlər Porsche sportkarını anbara çeviriblər

Dələlər Porsche sportkarını anbara çeviriblər
09:05 31 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Porsche şirkətinin İsveçrədəki dilerlərindən biri atılmış 911 Targa modelinin şəklini bölüşüb. Sən demə, yaxınlıqdakı dələlər baxımsız qalmış avtomobilin mühərrik bölməsindən ehtiyatlarını saxlamaq üçün anbar kimi istifadə ediblər.

1974-cü ilin Porsche 911 Targa modelini bərpa üçün götürən Porsche şirkətinin Cenevrədəki mərkəzinin əməkdaşları sportkarın mühərrik bölümündə çoxlu sayda qoz və qabıqları aşkar ediblər.

Milli.Az autograph.az-a istinadən bildirir ki, özünün Facebook səhifəsində şəkili bölüşən diler "kiçik və acgöz dələlərin uzun illərdir ki Porsche Targa 2.7 modelinin mühərrik bölümünü sığınacaq kimi istifadə etdiyini" yazıb. İndi, şəhər ətrafında məskunlaşmış dələlər ehtiyatlarını saxlamaq üçün daha etibarlı yer axtarmalı olacaqlar.

Mühərrik bölümündəki tapıtını nəzərə almasaq 45 illik avtomobilin yaxşı vəziyyətdə olduğunu qeyd etmək gərəkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/809966.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR