Oppo AirPods simsiz qulaqlıqlarının klonunu buraxacaq

Oppo AirPods simsiz qulaqlıqlarının klonunu buraxacaq
09:12 31 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Çinin Oppo şirkəti Oppo Enco simsiz qulaqlıqların ilk modelini təqdim edəcək.

İlk baxışdan cihaz məşhur rəqibə - Apple AirPods-a bənzər bir dizayn alıb. Rəsmi şəkillər hələ ki, açıqlanmayıb, alınan görüntülər isə insayder Mukul Şarma tərəfindən təqdim edilib. Simsiz qulaqlıq oxşar xarici görünüşə, eləcə də cihazın saxlanması və doldurulması üçün dəbdəbəli futlyara malikdir.

Milli.Az ted.az-a istinadən bildirir ki, istehsalçı yeni qulaqlıqların musiqi dinləmək rejimində şarj olmadan avtonom rejimdə 25 saata qədər işləyə biləcəyini açıqlayıb. Cihaz söhbət rejimində 15 saat çalışacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/813542.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR