ABŞ İrandan gələn təhdidlərə "harda olsa" cavab verməyə hazır olduğunu bildirib

Birləşmiş Ştatlar İranın Vaşinqtonun Yaxın Şərqdəki təhlükəsizliyinə təhdid hesab etdiyi hərəkətlərinə "harda olsa" cavab verməyə hazırdır.

Metbuat.az bildirir ki, bunu, dekabrın 30-u ABŞ Dövlət Departamentinin yüksək vəzifəli əməkdaşı Vaşınqtonun "Kətaib Hezbollah" şiə qruplaşmasının obyektlərinə endirdiyi avia zərbələrə dair açıqlama verərkən söyləyib.

Diplomatın deyib: "Hadisə göstərir ki, biz nəinki İraqda, bizim, habelə tərəfdaşlarımız və müttəfiqlərimiz üçün bölgədəki bu təhlükəni neytrallaşdırmaqdan ötəri məna daşıyan "harda olsa" cavab verə bilərik." (Trend)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR