Mütəxəssislər ofis işçiləri üçün dron yaratdılar

Mütəxəssislər ofis işçiləri üçün dron yaratdılar
10:17 31 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Dronlar indi geniş yayılsa da, onlardan əsasən açıq meydançalarda istifadə etməyə çalışırlar.

Milli.Az ted.az-a istinadən bildirir ki, Karlsrue Texnologiya İnstitutunun mütəxəssisləri ofis və laboratoriyaların daxilində işləyəcək, həmçinin müəssisələrin əməkdaşları ilə qarşılıqlı əlaqə qura biləcək dron yaratmaq qərarına gəliblər.

Yeni dronu hazırlamaq üçün Bitcraze şirkətindən Crazyflie 2.0-ı istifadə etməyə qərar verilib. Onun üzərində işləyərək insanların nitqini tanımağı və otaqda hədəfi müəyyənləşdirməyi öyrədiblər.

Dron, həmçinin binalarda olan çoxsaylı maneələrlə toqquşmalardan qaçmağa qadirdir.

Hazırda cihaz sınaqdan keçirilir və təkmilləşdirilir, çünki dronun uçuş idarəetmə sistemi hələlik mükəmməl işləmir və bəzən maneələrdən tam yayınmağı bacarmır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/813512.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR