İnsanlar bərzəx aləmində ailə üzvlərindən xəbər tuturlarmı?

İnsanlar bərzəx aləmində ailə üzvlərindən xəbər tuturlarmı?
10:22 31 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Bərzəx aləmi dünya həyatının davamıdır. İnsanlar Qiyamət gününə qədər orada sakin olacaqlar.

Bərzəx aləmində olan ölülər, hədislərin buyurduğuna görə, dünyada qoyub getdikləri yaxınları barəsində xəbərdar olacaqlar. Onlara görə sevinəcək və ağlayacaqlar. Eyni zamanda dünyada olan insanların öz ölüləri üçün etdikləri dualar və sədəqələr qəbul olar və ölü üçün faydası olar. Ölü bu şeylərdən də xəbərdar olar və onlara görə sevinər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, əksinə, qoyub getdiyi yaxınları günah işlətsələr və haram tikə yesələr, onlara görə narahat olar və ağlayarlar.

Bunu qeyd etmək lazımdır ki, dünya sevgisi ilə qəmi, bərzəx aləminin qəmi və sevgisi ilə fərqlidir. Bunu dərk etmək bizim üçün mümkünsüzdür. Alimlərin buyurduğuna görə, görməli və dadmalıdır, nəinki eşitməli və deməli.

Bu dediklərimiz möminlərə aiddir. Ancaq peyğəmbərlər (ə) və övliyaların hesabı başqalarından ayrıdır.

Beləliklə deyə bilərik ki, insan ölən zaman bərzəxə daxil olar və bu aləmdə olsa da, dünya əhlindən xəbər tutar. Onlara görə qəmlənər və sevinər.

Əlbəttə, bu, möminlərə aid mövzudur. Kafirlərin vəziyyəti tamamilə başqadır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/813569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR