Qubada minik avtomobili körpüdən aşıb, xəsarət alanlar var

Qubada minik avtomobili körpüdən aşıb, xəsarət alanlar var
10:22 31 Dekabr 2019
48 Digər
Ölkə mətbuatı
A- A+

Quba rayonunda yol qəzası baş verib.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Quba-Qonaqkənd avtomobil yolunun İkinci Nügədi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Qara çayın üzərindəki körpüdən minik avtomobili aşıb. Nəticədə 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qubada-minik-avtomobili-korpuden-asib-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR