ABŞ ordusunda "TikTok"dan istifadəyə qadağa qoyulub

ABŞ ordusunda "TikTok"dan istifadəyə qadağa qoyulub
10:42 31 Dekabr 2019
41 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ ordusunda "TikTok" tətbiqindən istifadəyə qadağa qoyulub.
"Report" TASS-a istinadən xəbər verir ki, ABŞ hakimiyyəti bu tətbiq vasitəsilə istifadəçilərinin şəxsi məlumatlarının oğurlandığını düşünür.
"Bu ("TikTok" tətbiqi - red.), təhlükəsizlik üçün təhdid hesab olunur. Biz onun iş telefonlarında istifadəsinə icazə vermirik", - ABŞ ordusunun nümayəndəsi Robin Oçoa bildirib.
Qərar ABŞ Müdafiə Nazirliyi tərəfindən bu sosial şəbəkənin təhlükələri barədə dekabrın 16-da verdiyi xəbərdarlıqla əlaqədar qəbul edilib.
R.Oçoanın sözlərinə görə, hərbçilər şəxsi mobil cihazlarda tətbiqdən istifadə edə bilərlər.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-ordusunda-tiktok-dan-istifadeye-qadaga-qoyulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR