Çinlilər İstanbulda körpü alırlar

Çinlilər İstanbulda körpü alırlar
10:57 31 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

"China Merchants Expressway", CMU, "Zhejiang Expressway", "Jiangsu Expressway", "Sichuan Expressway" və "Anhui Expressway" adlı Çin şirkətlərinin qurduğu konsorsiyum Türkiyədə Yavuz Sultan Səlim körpüsünün (ya da Üçüncü Boğaz Köprüsü) inşaat və idarəedilməsinə məsul olan "IC İçtaş" şirkətinin  51%-ini satın almağı hədəfləyir.

Milli.Az marja.az-a istinadən bildirir ki, şirkətlər bu məqsədlə qurduqları konsorsiyuma 31 dekabr tarixinə qədər 688.5 milyon dollarlıq sərmayə köçürəcəklər.

31% ilə "China Merchants Expressway" konsorsiyumun ən böyük ortağı olacaq.

Ötən həftə İtalyanın "Astaldi" şirkəti "3-cü Boğaz Körpüsü və Marmara Şosesi"dəki sərmayə hissəsinin "IC İçtaş"a təhvili üçün Türkiyənin Rəqabət Təşkilatına müraciət etmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/813794.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR