Xaçmazda ev yandı, bir nəfər öldü

Xaçmazda ev yandı, bir nəfər öldü
11:01 31 Dekabr 2019
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Xaçmazda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 80 m² sahədə və dam örtüyü 50 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1971-ci il təvəllüdlü Hacıyev Firuz Saday oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3171928.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR