"Azərbaycan Prezidenti Rusiya ilə davamlı dostluğa ismarıc göndərdi" - Yevgeni Mixaylov

Azərbaycan Prezidenti İlham Əliyevin "Rossiya 24" telekanalına müsahibəsi ikitərəfli münasibətlərin uğurunun birmənalı göstəricisidir.

Metbuat.az bildirir ki, rusiyalı ekspert və teleaparıcı Yevgeni Mixaylov deyib.

O, Prezident İlham Əliyevin müsahibəsində uzunillik dövlətlərarası münasibətlərə müsbət mövqeyini vurğulayıb:

"Azərbaycan dövlətinin başçısı birgə səylərlə inkişaf edəcək beş yol xəritəsini qeyd edib. Ölkə lideri "Qazprombank"ın iştirakı ilə iri investisiya layihələrini, Rusiyanın yüzfaizli iştirakı ilə əczaçılıq şirkətinin açılışı barədə danışıb. Azərbaycan Prezidenti qeyd edib ki, Bakıda tərəfindən bir çox təkliflərə Moskva qarşılıqlı anlaşma ilə cavab verir. Əminliklə deyə bilərəm ki, bütün bunlar liderlərimiz Vladimir Putin və İlham Əliyev arasında şəxsi dostluq sayəsində mümkün olub. Azərbaycan lideri xüsusi qürurla bildirdi ki, 2020-ci ildə iri Rusiya-Azərbaycan gənclər forumu keçiriləcək. Bu isə onu göstərir ki, uzun illər üçün də dostluq və tərəfdaşlığın əsası qoyulur.

Gənclər arasında əlaqələr ölkələrimiz arasında dövlətlərartası münasibətlərdə kəskin məqamların olmayacağının təminatıdır. Əgər qısa ifadə etsək, Azərbaycan Prezidenti İlham Əliyevin Yeni il ərəfəsində müsahibəsi bir növ rusiyalıları təbrik və uzun dostluğa ismarıc idi.

Rusiya ilə Azərbaycan arasında münasibətlər yalnız artan xətlə gedir. Xüsusilə son onillikdə müşahidə etdiyimiz hərbi və siyasi sahələrdə qarşılıqlı səmərəli tərəfdaşlıq ölkələrimizi daha da yaxınlaşdırır. Prezidentlər İlham Əliyev və Vladimir Putinin sarsılmaz tərəfdaşlıq və terrorla mübarizədə ümumi baxışları onu göstərir ki, ölkələrimiz arasında münasibətlər gələcəkdə də möhkəmlənəcək və inkişaf edəcək". (Trend)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR