Türkiyə suriyalı döyüşçülərin Liviyaya göndərilməsini nəzərdən keçirir

Bazar ertəsi Türkiyənin dörd mənbəyinə əsaslanaraq bildirilib ki, Türkiyə Tripoli hökumətinə planlaşdırılan hərbi dəstəyin bir hissəsi olaraq müttəfiq suriyalı döyüşçülərin Liviyaya göndərilməsini nəzərdən keçirir. Mənbələrdən biri Ankaranın bu ideyaya meyl göstərdiyini əlavə edib.

Metbuat.az bildirir ki, adlarının açıqlanmasını istəməyən mənbələr Reuters xəbər agentliyinə Türkiyənin hələ ki, heç bir suriyalı döyüşçünü Liviyaya göndərmədiyini bildirib.

Keçən həftə prezident Rəcəb Tayyib Ərdoğan beynəlxalq ictimaiyyət tərəfindən tanınan Fayiz Əl-Sərracın Milli Razılıq Hökumətinin yardım istəməsindən sonra Türkiyə hökumətinin Liviyaya qoşun göndərə biləcəyini demişdi.

Milli Razılıq Hökuməti general Xəlifə Haftar qoşunlarının şərqdəki hücumlarını dəf etməyə çalışır.

Türkiyənin dəstəklədiyi Suriya döyüşçüləri oktyabr ayında Türkiyə ordusunun ölkənin şimal-şərqindəki kürd qüvvələrinə qarşı savaşda yardım edib. Ankara eləcə də Suriyanın şimal-qərbindəki İdlib əyalətində 9 ilə yaxındır gedən vətəndaş müharibəsində döyüşən üsyançılara dəstək verir.(milli.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR