Baltik dənizdə yüksək sürətli katamaran-bərə istifadəyə veriləcək

Baltik dənizdə yüksək sürətli katamaran-bərə istifadəyə veriləcək
11:52 31 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Avstraliya gəmiqayırma zavodu "Austal", bərə operatoru "Molslinjen"-in sifarişi ilə yüksək sürətli katamaran-bərə inşa edəcək.

92 milyon dollar dəyərində olan bu gəmi Baltik dənizdə üzəcək.

"Auto-Express 115" adlanan bu gəmi "Austal" zavodunun tikdiyi ən böyük gəmi-bərəsi olacaq.

Gəmi LNG-də işləyən orta sürətli mühərriklə təchiz ediləcəkdir. Sərnişin tutumu 1600 nəfər, yük tutumu - 450 avtomobil, sürət - 37 uzel olacaq. Gəmi, Ystad (İsveç) - Bornholm (Danimarka) adasındakı Rennes marşrutuna cəlb ediləcəkdir.

Gəminin inşası "Austal" zavodunun Filippindəki tərsanəsində 2020-ci lin 3-cü rübündə başlayacaq.

2022-ci ilin ilk rübündə istismara verilməsi planlaşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/813780.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR