Növbəti nəsil S-Class V12 mühərriki ilə təchiz ediləcək - FOTO

Növbəti nəsil S-Class V12 mühərriki ilə təchiz ediləcək - FOTO
12:32 31 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Daimler AG konserninin baş direktoru Ola Kallenius növbəti nəsil Mercedes-Benz S-Class modelinin V12 mühərrikini qoruyub-saxlayacağını bildirib. Şirkət mühəndisləri aqreqatı yeni tələblərə uyğunlaşdıra biliblər. Bu isə, W223 kuzovlu Mercedes-Benz S 600 modelinin pərəstiş obyektinə çevrilmiş mühərrik ilə təchiz ediləcəyindən xəbər verir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Mercedes-Benz şirkətinin V12 mühərrikindən imtina edəcəyi barədə şayiələr, V8 mühərriki ilə hərəkətə gələn Mercedes-Maybach GLS 600 modelinin debütündən sonra bir qədər də güclənib. Quançjou avtosalonu çərçivəsində GTSpirit nəşrinə müsahibə verən Kallenius növbəti nəsil S-Class modelinin mühərrik çeşidində V12 mühərrikinin qalacağını bildirib.

Xatırladaq ki, keçən il AMG bölməsinin rəhbəri Tobias Moers bu subbrendin modellərində V12 mühərrikinin quraşdırılmayacağını və bu aqreqatın növbəti nəsil Mercedes-Benz S 600 bayraqdar sedanında və Mercedes-Maybach subbrendindən olan avtomobillərdə tətbiq ediləcəyini bildirmişdi. Bununla belə, yeni aqreqat barədə məlumat verilməyib. Burada iki ehtimal vardır - ya mühəndislər indiki M279 mühərrikini hybrid əlavə ilə təchiz ediblər, ya da 4,0-litrlik V8 biturbomühərrikinin əsasında yeni aqreqat yaradıblar.

Növbəti nəsil Mercedes-Benz S-Class modelinin gələn il debüt edəcəyi gözlənilir. Mercedes-AMG və Mercedes-Maybach modellərinin isə 2021-ci ildə işıq üzü görəcəyi ehtimal edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/807667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR