Bu gün SON GÜNDÜR - Namizədlərin nəzərinə

Bu gün SON GÜNDÜR - Namizədlərin nəzərinə
12:33 31 Dekabr 2019
47 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində səsvermənin yeri və vaxtı barədə bildirişlərin formasının, sayının və hazırlanmasına aid tələblərin təsdiq edilməsi müddəti bu gün başa çatır.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, tələblər səsvermə gününə azı 40 gün qalanadək, yəni 2019-cu il dekabrın 31-dək təsdiq edilməlidir.

Tələblər Mərkəzi Seçki Komissiyası tərəfindən Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları”nın 2.1-ci bəndinə əsasən təsdiq edilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/300713.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR