Texas ştatında kilsədə silahlı hücum, ölənlər var

Texas ştatında kilsədə silahlı hücum, ölənlər var
12:37 31 Dekabr 2019
86 Dünya
Ölkə mətbuatı
A- A+

Bazar günü Texas ştatının Fort Uert yaxınlığındakı kilsədə ibadət zamanı edilən silahlı hücum zamanı iki nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.

Ağ Qəsəbənin polis idarəsinin rəisi J. P. Beverinqin dediyinə görə, Qərbi Friveyin İsa Məsih kilsəsində ibadət zamanı atəş açaraq bir nəfəri qətlə yetirən, digərini yaralayan şəxs kilsənin mühafizəkarları tərəfindən öldürülüb.

Bazar günü Ağ Qəsəbənin yaxınlığındakı Fort Uert kilsəsindəki atışma YouTube-da canlı olaraq nümayiş etdirilib.

Twitter səhifəsində "İbadət yerləri müqəddəs olmaq üçün nəzərdə tutulub və mən daha az itki verilməsi üçün cəld hərəkət edərək, hücumun qarşısını aldıqlarına görə kilsə üzvlərinə minnətdaram" deyən Texas qubernatoru Qreq Abbott ürəyinin bu dəhşətli hücum qurbanlarının ailə üzvlərinın yanında olduğunu deyib.

Noyabr ayında Texasın Oklahoma şəhərindən 130 km aralıda yerləşən Walmart mağazasının ərazisindəki silahlı hücum zamanı 3 nəfərin öldürüldüyü bildirilmişdi. Onlardan ikisi avtomobilin içərisində, üçüncüsü isə avtomobilin yanında vurulmuşdu.

Avqust ayında isə Texasın El Paso şəhərində yerləşən Walmart mağazasında 22 nəfərin ölümü ilə nəticələnən silahlı olmuşdu. Hücumu törədən şəxs "meksikalıları" hədəf aldığını etiraf etmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/814815.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR