Salyanda 36 yaşlı kişi bıçaqlanıb

Salyanda 36 yaşlı kişi bıçaqlanıb
12:37 31 Dekabr 2019
52 Digər
Ölkə mətbuatı
A- A+

Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə Salyan şəhərində qeydə alınıb. 
Belə ki, Salyan şəhəri, 28 may küçəsi, ev 6 mənzil 15 ünvanında yaşayan, 1983-cü il təvəllüdlü Dadaşov Ruslan Qurban oğlu sağ kürək nahiyəsində ağ ciyəri zədələyən kəsilmiş-deşilmiş yara ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı dərhal cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub. 
R.Dadaşov tanımadığı şəxs tərəfindən bıçaqlandığını bildirib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/salyanda-36-yasli-kisi-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR