SOCAR Rumıniyada növbəti yanacaqdoldurma məntəqəsini istifadəyə verib

SOCAR Rumıniyada növbəti yanacaqdoldurma məntəqəsini istifadəyə verib
12:42 31 Dekabr 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyada növbəti yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verib.
SOCAR-ın Rumıniyadakı törəməsi “SOCAR Petroleum SA” şirkətindən “Report”a verilən məlumata görə, ölkənin cənubi-qərb regionunda, Serbiya və Bolqarıstan istiqamətindəki avtomagistrallar üzərində yerləşən Craiova şəhərində “SOCAR” brendi altında sayca 44-cü YDM açılıb. Yeni məntəqə, bu regionda müştərilərin ixtiyarına verilən sayca ilk məntəqədir. Məntəqədə 3 sayğac və elektriklə işləyən elektromobillər üçün şarj quraşdırılıb. Burada 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iri tutumlu yük maşını eyni anda benzin və dizel yanacaqları ilə təmin ediləcək. YDM ərzasindəki "Nar" kafedə müştərilərə yerli və Azərbaycan məhsulları təqdim olunur: “Dövlət başçı İlham Əliyevin “Made inAzerbaijan” brendinin təbliği istiqamətindəki siyasətinə uyğun olaraq bütün məntəqələrdə Azərbaycan güşəsi yaradılmış və burada ölkəmizdən gətirilən məhsulların satışı həyata keçirilməkdədir. Rumıniyada investisiya layihələrini uğurla reallaşdıran SOCAR, bu ölkənin iri şəhərlərində ilbəil yanacaqdoldurma məntəqəsi şəbəkəsini genişləndirməkdə davam edir. Hazırda SOCAR Rumıniyanın 21 regionu - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Argeş, Bistritsa-Nasaud, Hunedoara, Sibiu, Buxarest, Braşov, Satu-Mare və Craiovadayanacaqdoldurma məntəqəsinə malikdir”,- məlumatda bildirilib.
Qeyd edək ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildəyaradılmış “SOCAR Petroleum SA” şirkəti vasitəsi iləhəyata keçirir. 




Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-ruminiyada-novbeti-yanacaqdoldurma-menteqesini-istifadeye-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR