Salyanda 29 yaşlı gənc bıçaqlanıb

Salyanda 29 yaşlı gənc bıçaqlanıb
13:02 31 Dekabr 2019
44 Digər
Ölkə mətbuatı
A- A+

Salyan rayonunda 29 yaşlı gənc kəsilmiş-deşilmiş yara ilə xəstəxanaya yerləşdirilib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Arbatan kəndində baş verib.
Kənd sakini, 1990-cı il təvəllüdlü İbrahimov İntiqam Qabil oğlu sol kürək nahiyyəsinin kəsilmiş-deşilmiş yarası ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Onun bildirdiyinə görə, ayağı ilişərək yıxılıb və xəsarət alıb. Digər ehtimala görə, İ.İbrahimovun bıçaqlandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/salyanda-29-yasli-genc-bicaqlanib11

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR