BMW şirkəti Tesla ilə məzələnib - VİDEO

BMW şirkəti Tesla ilə məzələnib - VİDEO
13:05 31 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

BMW şirkətinin cari model xəttində pikapın olmadığını hər kəs bilir. Hərçənd, alman istehsalçısı dəfələrlə bu janrda öz qüvvəsini sınayaraq bir neçə eksperimental pikap hazırlayıb. Lakin, bu sınaqlar elə eksperimentlə də məhdudlaşıb.

Milli.Az autograph.az-a istinadən bildirir ki, lakin, bavariya istehsalçısı Tesla Cybertruck pikapının ətrafında cərəyan edən səs-küydən istifadə edərək, BMW X5 modelinin zirehli versiyasının olduğunu xatırladıb. X5 Protection krossoverinin avqust ayında təqdim edilməsinə baxmayaraq, bavariyalılar yenidən diqqəti avtomobilin müdafiə qabiliyyətinə, o cümlədən metal şarlardan, yönəltmək qərarına gəliblər.

Alman istehsalçısı özünün tvitində X5 Protection modelinin "gülləkeçirməz şüşələrlə təchiz edilidyini və metal şarın dəyməsi halında sərnişinləri qəlpələrdən müdafiə etdiyi" barədə altyazısı olan təsvirini dərc edib. Bu, Tesla Cybertruck modelinin təqdimatı zamanı baş vermiş insidentə işarədir. Xatırladaq ki, təqdimat zamanı pikapın şüşəsi atılan metal şarın dəyməsi nəticəsində çatlamışdı.

Doğrudur, alman istehsalçısı 40 min dollar qiyməti olan pikapı ondan üç dəfə baha olan krossover ilə nədən müqayisə etdiyini açıqlamayıb. Məlumdur ki, BMW X5 Protection həqiqətən yüksək səviyyədə müdafiəni təmin edir. Onun, sərnişinlərini havadan hücumdan belə qorumağa qadir olduğu iddia edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/807663.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR