Naməlum şəxslər Kamerun sahilində Yunanıstanın “Happy Lady” tankerinə basqın edib və 8 nəfəri qaçırıblar.
“Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın Donanma və Adalar Siyasəti Nazirliyindən bildirilib.
Məlumata görə, qaçırılan şəxslərin beşi Yunanıstan, ikisi Filippin, biri isə Ukrayna vətəndaşıdır. Hücum nəticəsində ekipaj üzvlərindən biri yaralanıb.