Hyundai uçan avtomobillərini gələcək il təqdim edəcək

Hyundai uçan avtomobillərini gələcək il təqdim edəcək
13:32 31 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyamım avtomobil şirkəti Hyundai, İstehlakçı Elektronikası Sərgisində (CES 2020) fərdi hava maşınlarının tanıdacaq.

Hyundai şirkətinin son zamanlarda elektrikli maşınlara olan sərmayəsi və təşviqi, gələcək baxışlarını açıqlayır. Bununla yanaşı Cənubi Koreya nəhəngi tərəfindən, xarici sərmayəçiləri təəccübləndirməyən bir layihə açıqlandı, lakin bu layihə təəccübləndirici bir zamanda gəldi.

Hyundai şirkəti yalnız avtomobil satan bir şirkət olmaq istəmir. Ümumiyyətlə uçan avtomobillər olaraq adlandırılan bir seqmentə və gələcəkdəki nəqliyyat üsullarına milyardlarla dollar sərmayə qoymağa başladı.

Cənubi Koreyanın avtomobil istehsalçısı "Fərdi Hava Vasitəsi"nin (Personal Air Vehicle - PAV) hazır olduğunu ifadə etdi. Anlayışın istifadə ediləcəyi sahələr isə, əhali və nəqliyyat baxımından çətinlik çəkən bəzi böyük şəhərlər olacaq. Hava hərəkətliliyinin asan, quru nəqliyyatını azaltmağa istiqamətli layihə üçün ağıllarda sual işarəsi buraxmayacaq kimi görünür. Bununla yanaşı Hyundai şirkətinin tanıtdığı yenilik sadəcə uçan avtomobil olmadı. İstifadə Məqsədli Vasitə (Purpose Built Vehicle - PBV), müstəqil bir gediş dinamikinə sahib və eyni zamanda istifadəçisini düşünən, istədiyi imkanları təqdim edən bir nəqliyyat vasitəsinə qarşılıq gəlir.

Uçan avtomobil proyektlərinin olduğunu və bunun gələcəkdə ediləcəyini hamımız bilirik, lakin xarici sərmayəçilər, bu proyektin çox erkən təqdim edildiyini və uçan avtomobil anlayışının gerçək həyata əlavə edilməsi üçün çox sayda mane olduğunu söyləyirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/813564.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR