Qaz limiti ilə bağlı əhaliyə VACİB XƏBƏRDARLIQ: bu gecədən..

Qaz limiti ilə bağlı əhaliyə VACİB XƏBƏRDARLIQ: bu gecədən..
13:43 31 Dekabr 2019
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Smart tipli sayğaclarda dekabr ayının 31-i saat 00:00-da qaz limiti sıfırlanacaq.

“Azəriqaz” İstehsalat Birliyinin m\lumatına görə, sıfırlanmadan sonra Smart tipli sayğaclardan istifadə edən abonentlər üçün limit 2 200 kubmetr olacaq.

Sıfırlanma mexaniki sayğaclarda bu gecə baş tutmayacaq. Çünki sözügedən sayğacların təsnifat dövrü hər ayın 5-dədir. Bu səbəbdən də mexaniki sayğaclardan istifadə edən abonentlərdə qaz limiti yanvar ayının 5-də sıfırlanacaq və sayğaclara 2 200 kubmetr limit tətbiq ediləcək.

Qeyd edək ki, bu il aprelin 30-da Tarif Şurası ölkədə əhali qrupu üzrə təbii qaza tətbiq edilən limitə yenidən baxaraq, mayın 1-dən 2 200 kubmetr həcmində müəyyən edilməsi barədə qərar verib.

Bununla da əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 2 200 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 2 200 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanacaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/300716.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR