Süveyş kanalından 1 milyon 300 min gəmi keçib

Süveyş kanalından 1 milyon 300 min gəmi keçib
13:52 31 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Süveyş kanalının açılışının 150 illiyi qeyd olunub. Mərasimdə Misir rəsmiləri ilə yanaşı, xarici ölkələrin nümayəndələri də iştirak ediblər.

Süveyş Kanal Təşkilatının prezidenti Usame Rabi bu müddət ərzində kanaldan 1 milyon 300 mindən çox gəminin keçdiyini və bu keçidlərdən təqribən 135,6 milyard dollar gəlir əldə edildiyini bildirib. Rabi son bir ildə Kanalın 6 milyard dollar gəlir gətirdiyini və 2018-ci ildən indiyədək 19 mindən çox gəmi keçdiyini qeyd edib.

Süveyş kanalı 17 Noyabr 1869-cu ildə açılıb. 10 il ərzində qurulan kanalın inşasında 1 milyondan çox misirli çalışıb.

Aralıq dənizi və Qırmızı dənizi birləşdirən kanalın uzunluğu 193 kilometr, eni 220 metr və dərinliyi 24 metrdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/813782.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR