Audi e-tron krossoverlərini yaxşılaşdırıb - FOTO

Audi e-tron krossoverlərini yaxşılaşdırıb - FOTO
14:05 31 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Audi şirkəti e-tron ailəsinin texniki yenilənməsi barədə məlumat verib. Yenilənmə krossoverlərin rekuperasiya və termotənzimlənməsi sistemlərini əhatə edib. Elektromobillərin yürüş ehtiyatı artırılıb, əlçatan avadanlıq siyahısında isə S line eksteryer dəsti peyda olubdur.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Audi e-tron 55 quattro modeli WLTP dövrünə əsasən 436 km yürüş edə bilər ki, bu da əvvəlkindən 25 km çoxdur. Bu nəticəni əldə etmək üçün, Audi mühəndisləri əyləc sisteminin yenilənməsini keçirib və qalıq əyləc anının (əyləc qəliblərinin rotorlara yaxın durmasından əldə edilən itkilər) azalmasınə təmin ediblər. Bundan başqa, mühəndislər elektromotorların idarə edilməsi proqramını yenidən yazaraq, ön oxun qovşağının qidalanma sistemindən tam ayrılmasına nail olublar.

Əlavə olaraq, elektromobillər dörd ayrı konturu olan təkmillşdirilmiş soyutma sisteminə sahib olublar. Mühəndislər maye axının həcmini azaldaraq, nasosa düşən yükləmənin həcmini aşağı salıblar. Salonun qızdırılması üçün isə, əvvəlki kimi batareyanın ayırdığı istilikdən istifadə olunur. Bu həll yolu temperaturadan asılı olaraq krossoverin yürüyüşünü 10% artırmağa imkan verir. Nəhayət, rekuperasiya rejimləri arasındakı fərqlər daha çox olub.

Audi e-tron modellərinin görkəminə idman cizgilərini yeni S line xarici tərtibat dəsti təmin etməlidir. Bu dəstin tərkibinə 20-düymlük təkər diskləri, idman pnevmoasqısı, böyüdülmüş hava girişləri olan ön bamper daxildir. Əlavə olaraq, gücgü gövdələrini, Singleframe barmaqlığını, şüşə haşiyələrinivə bamperlərdəki işləmələri qara rəngə boyamaq olar.

Texniki yenilənmə ilə birlikdə Audi e-tron 50 quattro modifikaisyasının satışlarına başlanılıb. Belə modifikasiyalar 313 at qüvvəsi və 540 Nm fırlanma anı hasil edən elektromotorlar və 71 kVs-lıq batareya ilə təchiz edilir. Almaniyada adi Audi e-tron 50 quattro krossoveri 69.100, Sportback versiyası isə 71.250 avrodan başlayan qiymətlər ilə satılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/807665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR