"Uber"in qurucusu - ŞİRKƏTDƏN AYRILIR

"Uber"in qurucusu - ŞİRKƏTDƏN AYRILIR
14:12 31 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

"Uber Technologies" şirkətinin keçmiş icraçı direktoru (CEO-su) Travis Kalanick idarə heyətindən də ayrılır. O, 10 il əvvəl qurucu ortağı olduğu, ən dəyərli və mübahisəli "start-up" halına gəlməsində rol oynadığı "Uber" ilə qalan son əlaqəsini də kəsir.

Milli.Az marja.az-a istinadən bildirir ki, 43 yaşındakı Kalanick, taksi çağırma şirkətindəki qalan bütün səhmlərini sataraq yeni iş fikirlərinə və xeyriyyəçilik fəaliyyətlərinə yönəlməyi planlaşdırır.

Eləcə də bax: Uber-in səhmləri kəskin - UCUZLAŞIB
Digər qurucu ortaq olan Garrett Camp ilə "Uber"i quran Kalanick, şirkətin bir qara avtomobil xidmətindən, yemək xidməti,  fraxt və vertolyot uçuş xidməti təmin edən qlobal bir nəqliyyat nəhənginə çevrilməsinə qatqı təmin edib.

Kalanick 2017-ci ilin İyun ayında icraçı direktor vəzifəsindən azad edilib. Onun, aqressiv olduğuna və bəzən saymaz rəhbərlik etdiyinə görə işdən çıxarıldığı danışılır. Kalanick iş mühitində qadınlara mənfi yanaşması ilə də tanınır.

Etdiyi açıqlamada "Uber son 10 ildir həyatımın bir parçası idi" deyən Kalanick, "Mənim üçün ən doğru olan bu ankı işlərimə və xeyriyyəçilik fəaliyyətlərimə fokuslanmamdır" şəklində danışıb.

Kalanick ötən ildən bəri "CloudKitchens" adlı yeni bir "start-up" qurmaqla məşğuldur. "CloudKitchens", daha çox yerə ehtiyacı olan restoranlara tam təchizatlı mətbəx  təmin etmək məqsədilə bir əmlak şirkəti olaraq qurulub. Kalanick bu işə öz sərmayəsi və Səudiyyə Ərəbistanı fondundan aldığı 400 milyon dollar ilə keçən il başlayıb

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/813559.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR