Bağdadda ABŞ səfirliyinə SİLAHLI HÜCUM - Diplomatlar binadan çıxarıldı - FOTO

Bağdadda ABŞ səfirliyinə SİLAHLI HÜCUM - Diplomatlar binadan çıxarıldı - FOTO
14:48 31 Dekabr 2019
49 Digər
Ölkə mətbuatı
A- A+

Bağdadda ABŞ səfirliyi önünə toplaşan Haşdi-Şəbi qüvvələrinin tərəfdarları səfirliyə daxil olmağa cəhd edir.

Teleqraf.com xəbər verir ki, onlar ötən gün ABŞ-ın İraqdakı və Suriyadakı Haşdi-Şəbi qüvvələrinə avia zərbələr endirməsinə etiraz edir.

İraq Hizbullahı ("Xətaib Hizbullah") və Haşdi-Şəbi bayraqları ilə səfirliyin binasına daxil olmağa çalışan insanlar Vaşinqtona qarşı şüarlar səsləndirir. Məlumata görə, etirazçılar səfirliyin binasına atəş açıb. Səfirlikdə olan diplomatlar isə etirazdan əvvəl diplomatik binadan çıxarılıb.

Artıq şiə etirazçılar səfirliyin önündə etiraz çadırları qurmağa başlayıb. Onlar səfirliyin binasının divarlarına “xalq tərəfindən bağlandı” sözləri yazıblar.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/300719.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR