Tofiq Musayev dünya çempionu olub

Tofiq Musayev dünya çempionu olub
15:22 31 Dekabr 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev Yaponiyanın Saitama şəhərində “Rizin 20” turnirinin qalibi olub.
"Report"un məlumatına görə, azərbaycanlı döyüşçü Qran-Pri turnirinin finalında “Pitbull” ləqəbli Patriki Freyreni məğlub edib.
İkinci raundda rəqibini rinqdən kənara atan T.Musayev xal hesabı ilə qalib gəlib. Bununla da o, “Rizin” turnirində yüngül çəkidə dünya çempionu olub.
Qeyd edək ki, T.Musayev bu gün yarımfinalda amerikalı döyüşçü Coni Keysə birinci raundda nokautla qalib gəlib. Sonuncu qələbə T.Musayevin 18-ci qələbəsi olub.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/tofiq-musayev-dunya-cempionu-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR