Azərbaycanda bir bələdiyyəyə seçkilərin nəticələri ləğv edilib

Azərbaycanda bir bələdiyyəyə seçkilərin nəticələri ləğv edilib
15:27 31 Dekabr 2019
54 Digər
Ölkə mətbuatı
A- A+

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar müraciətlərə baxılıb.
“Report” xəbər verir ki, iclasda 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi Ağdaş bələdiyyəsinin 8 və 10 saylı seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən bəzi qanun pozuntuları ilə bağlı müraciət dinlənilib.
MSK nəzdində Ekspert qrupunun üzvü şikayəti araşdırıb və müraciətdə qeyd olunanlar öz təsdiqini tapıb.
MSK üzvlərinin müzakirəsindən sonra qərara alınıb ki, Ağdaş bələdiyyəsinin 8 və 10 saylı seçki məntəqəsində səsvermə nəticəsi ləğv edilsin. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, bu iki məntəqənin nəticələri ləğv edildiyindən Ağdaş bələdiyyəsi üzrə səsvermənin nəticəsi də etibarsız hesab olunub.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycanda-bir-belediyyeye-seckilerin-neticeleri-legv-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR