Tofiq Musayev “Pitbull”u məğlub edib dünya çempionu oldu - VİDEO

Tofiq Musayev “Pitbull”u məğlub edib dünya çempionu oldu - VİDEO
15:58 31 Dekabr 2019
41 İdman
Ölkə mətbuatı
A- A+

Dekabrın 31-də MMA üzrə ən nüfuzlu turnirlərdən olan “Rizin Gran Prix 2019”un final döyüşü keçirilib.

Yaponiyada turnirin final mərhələsi çərçivəsində həmyerlimiz Tofiq Musayev və braziliyalı “Pitbull” ləqəbli Patriki Freyrenlə üz-üzə gəlib.

Hakimlərin yetkin qərarına əsasən, Tofiq Musayev hər üç raundda rəqibindən üstün olub. Beləliklə, Tofiq “Rizin Gran Prix 2019” turnirinin qalibi elan edilib.

Qeyd edək ki, həmyerlimiz bundan əvvəl oktyabrın 12-də Yaponiyada avstraliyalı rəqibi Damien Braunla qarşılaşıb və cəmi altı dəqiqəyə ona qalib gəlib. Daha sonra amerikalı Conni Keys ilə qarşılaşan idmançımız rəqibinə vaxtından əvvəl qalib gəlib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/300723.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR