ABT RS4-R təhlükəsizliyi təbliğ etmək üçün işləyəcək - FOTO

ABT RS4-R təhlükəsizliyi təbliğ etmək üçün işləyəcək - FOTO
16:32 31 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Bildiyimiz kimi, hər il Alman tüninq şirkətləri assosiasiyası (VDAT) və Almaniyanın Federal nəqliyyat və rəqəmsal infrastruktura nazirliyinin dəstəklədiyi Tune it! Safe! təhlükəsiz tüninq proqramının çərçivəsində yeni polis avtomobili konsepti hazırlanır.

Bu dəfə kütləni təəccübləndirmək növbəsi ABT Sportsline şirkətinə çatıb. Kemptendə yerləşən tüninq atelyesi Audi RS4 Avant modelini ABT RS4-R modelinə çevirməklə yanaşı, ona polis livreyası da "geyindirib".

Milli.Az autograph.az-a istinadən bildirir ki, "bərkgedən" universalın mühərriki ABT Power S dəstini əldə edib. Nəticədə 2,9-litrlik V6 turbomühərrikin gücü 530 at qüvvəsinə, fırlanma anı isə 690 Nm qədər yüksəlib. Bundan başqa, avtomobil 102 mm-lik çıxış boruları və karbondan ucluqları olan ABT buraxılış sistemi ilə təchiz edilib. Məlum məsələdir ki, avtomobilin şassi və kuzovu da təkmilləşdirmələrə məruz qalıb.

ABT nümayəndələri ABT RS4-R modelinin "hər bir polis nəfərinin arzusu" olduğunu iddia edir. Bununla belə, tüner avtomobilin dinamik xarakteristikalarını açıqlamayıb. Polis avtomobili Hankook şinlərinə, Hella işıq texnikasına, karbondan hazırlanmış eksteryer və interyer elementlərinə, həmçinin polis avadanlığına sahib olub.

Əlbəttə ki, bu avtomobil alman avtobanlarında qayda pozanları yaxalamayacaqdır. Avtomobil diqqəti Tune it! Safe! Kampaniyasına cəlb etmək üçün şou-kar rolunu oynayacaqdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/807674.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR