İlin ən yaddaqalan 5 kuryoz hadisəsi - FOTO

İlin ən yaddaqalan 5 kuryoz  hadisəsi - FOTO
17:18 31 Dekabr 2019
48 Digər
Ölkə mətbuatı
A- A+

Son günlərini keçirdiyimiz 2019-cu il bir çox siyasi kuryoz hadisələrlə yadda qaldı.

Publika.az Kult.az-a istinadla ilin ən yaddaqalan və müzakirə olunan 5 hadisəsini təqdim edir.

1. ABŞ Prezidenti Donald Trampın sosial şəbəkə hesabında idmançı formasında montaj olunmuş şəkilini paylaşdı. Sözügedən paylaşıma 520 min layk, 81 min rəy yazıldı.

2. İlin ən çox müzakirə olunan görüşü Böyük Britaniyanın Baş naziri Boris Consonla Fransa Prezidenti Emmanuel Makronun görüşü oldu. Belə ki, Conson Makronla görüşdə ayağını masanın üzərinə qoymuşdu.

3. ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Yaponiya və Kanada başçılarının bir araya gəldiyi sammit ən çox müzakirə olunan görüş oldu. Sammitdə ABŞ Prezidenti Donald Tramp Fransa Prezidentinin xanımı Bricit Makronu öpən zaman Emmanuel Makronun baxışları ictimaiyyət tərəfindən gülüş doğurdu. Eyni sammitdə Kanadanın Baş naziri Castin Trudo ilə ABŞ Prezidenti Donald Trampın model həyat yoldaşı Melaniya Trampın bir-birlərinə romantik baxışları və Donald Trampın qısqanc şəkildə qaşqabağını sallaması da diqqətən yayınmadı.

4. Meksikanın Argentinadakı səfiri Oskar Rikardo Valero Buenos-Ayresdə mağazaların birindən kitab oğurlaması “ilin ən gülməli oğurluğu” oldu. Sosial şəbəkələrdə yayılan görüntülər qısa zamanda izlənmə rekordları qırdı.

5. 2019-cu ilin ən çox müzakirə olunan görüntülərindən biri də Almaniya kansleri Angela Merkelin keçirdiyi görüş və səfərlərdə bədəninin əsməsi oldu.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/maraqlidunyasi/300721.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR