Drayverləri quraşdırmaq və yeniləmək asanlaşacaq

Drayverləri quraşdırmaq və yeniləmək asanlaşacaq
18:12 31 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Windows 10 son çıxan 1909 yenilənməsindən sonra bir xeyli bəyənildi. İstifadəçilər yenilənmə paketinin gətirdiyi performans artımından razı qalmışdılar. 19H2 olaraq adlanan 1909 yenilənməsindən sonra insanlar növbəti ilin ilk yenilənmə paketi 20H1 və ya 2004 versiyasına fokuslandılar. Yeni məlumatlara əsasən 20H1 yenilənməsi ilə birliktə artıq Windows Update üzərindən drayverləri quraşdırmaq və yeniləmək daha asan olacaq.

20H1 yenilənməsindən sonra istifadəçilər istədiyi drayver yenilənməsini seçə biləcək və beləliklə bütün drayverlər avtomatik yüklənməli olmayacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, Windows 10 əməliyyat sistemində drayverləri Windows Update üzərindən yükləmək mümkündür. Bu halda sistem bütün drayverləri avtomatik təyin edir və istifadəçiyə seçim şansı vermədən hamsını yükləyir. Bu da bəzən problemlərə səbəb olur. Bəzən isə Microsoft serverlərində olan tez-tez yenilən drayverlərin köhnə versiyaları ola bilir. Bu səbəbdən şirkət artıq istifadəçilərə seçim haqqı verəcək. Optional Updates (İstəyə bağlı yenilənmələr) olaraq əlavə olunacaq 2-ci bölmədə artıq insanlar istədiyi yenilənməni seçərək sadəcə onu yükləyə biləcəklər. Qeyd edək ki, bu funksiya 20H1 yenilənmə paketi ilə gəlməzdən əvvəl İnsider Preview istifadəçilərinə təqdim ediləcək, lakin bunun da nə zaman olacağı hələki bəlli deyil.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/813549.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR