BNA: "Qanunsuz parklanma hallarına qarşı nəzarət artırılıb"

BNA: "Qanunsuz parklanma hallarına qarşı nəzarət artırılıb"
19:02 31 Dekabr 2019
64 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Nəqliyyat Agentliyi bayram gecəsi xüsusi rejimdə işini davam etdirir. 
"Report" xəbər verir ki, bunu agentliyin mətbuat katibi Mais Ağayev bildirib. Onun sözlərinə görə, Dənizkənarı Milli Parkda keçiriləcək atəşfəşanlıq və bayram şənlikləri ilə əlaqədar şəhər mərkəzi istiqamətində nəqliyyat axını müşahidə olunur.
" Lakin hazırda şəhər yollarında sıxlıq müşahidə olunmur. Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi tərəfindən mərkəzi küçələrdə işıqforların vaxt planlanmasında dəyişiklik edilib.
Həmçinin, müntəzəm marşrut xətlərinin hərəkətinə və qanunsuz parklanma hallarına qarşı nəzarət artırılıb".





Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/bna-qanunsuz-parklanma-hallarina-qarsi-nezaret-artirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR