2019-cu ildə Suriyada 3364 mülki şəxs öldürülüb

2019-cu ildə Suriyada 3364 mülki şəxs öldürülüb
19:22 31 Dekabr 2019
44 Digər
Ölkə mətbuatı
A- A+

2019-cu ildə Suriyada 3364 mülki şəxs öldürülüb. Onlardan 842-si uşaq, 747-si isə qadındır.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, YPG/PKK terrorçuları 164 yerli sakinin ölümünə səbəb olub. Onların içərisində 50-si uşaq, 32-si isə qadındır.
Beynəlxalq koalisiyanın Hərbi Hava Qüvvələrinin hücumları nəticəsində 20-si uşaq, 17-si qadın olmaqla 68 nəfər həyatını itirib.
İŞİD terror qruplaşmasının yaraqlıları isə 94 yerli sakini öldürüb ki, onlardan 11-i qadın və uşaqdır. 


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/2019-cu-ilde-suriyada-3364-mulki-sexs-oldurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR