Dünyanın ən zəngin azərbaycanlısı sərvətini 5,3 milyard dollar artırıb

Dünyanın ən zəngin azərbaycanlısı sərvətini 5,3 milyard dollar artırıb
19:47 31 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Rusiyanın "Lukoyl" şirkətinin Azərbaycan əsilli sahibi Vahid Ələkbərov 2019-cu ildə sərvətini 5,3 milyard dollar artırıb.

Milli.Az moder.az-a istinadən xəbər verir ki, 2019-cu ilin yanvarında 18,5 milyard dollar sərvəti olan Vahid Ələkbərov ilin sonunda sərvətini 5,3 milyard dollar artırıb.

Hazırda o, 23,5 milyard dollar sərvətlə Rusiyanın 3-cü ən zəngin iş adamıdır.

2019-cu ildə Rusiyada ən çox varlanan iş adamları sırasında Vladimir Potanin (8 milyard dollar qazanıb) və Leonid Mixelson (5,9 milyard dollar qazanıb) qərarlaşıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/813537.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR