Macarıstanda yeni neft yatağı aşkar edilib

Macarıstanda yeni neft yatağı aşkar edilib
19:52 31 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Macarıstanın "Horizont Energiya" geoloji kəşfiyyat şirkəti bu ölkədə son 30 ildə ən iri neft yatağı kəşf edib.

G7.hu iqtisadi xəbərlər portalı bildirir ki, yeni aşkar edilmiş neft yatağı Macarıstanın cənubunda, Drava çayı yaxınlığında yerləşir. Bu ərazidə İştvandi və Ketuyfalu adlı iki kiçik kənd var.

Gözlənildiyinə görə, bu yatağın ehtiyatları gündə 11.000 barrel neft hasil etməyə imkan verəcək. Müqayisə üçün bildirək ki, Macarıstanın MOL neft-qaz şirkəti 2018-ci ildə orta hesabla gündə 13.000 barrelə yaxın neft hasil edib.

Xəbərlər portalında bildirilir ki, yatağın işlənməsinin ikinci mərhələsində hasilatın gündə 15.000 barrelə çatacağı gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/813788.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR