Hindli milyarderin sərvəti kəskin artıb

Hindli milyarderin sərvəti kəskin artıb
19:57 31 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Asiyanın ən varlı adamı hindli iş adamı Mukesh Ambani 2019-cu ildə sərvətini 17 milyard dollar artırıb.

Bloomberg Milyarderlər İndeksinə görə, hindli milyarder, iş adamı Mukesh Ambani 23 dekabr etibarilə fərdi sərvətinə 17 milyard dollar əlavə edərək xalis aktivlərini 61 milyard dollara çatdırıb."Bizplus.az" xəbər verir ki, bu il "Amazon"un qurucusu Jeff Bezosun 13.2 milyard dollar itirməsi, "Alibaba"nın qurucusu Jack Manın isə sərvətini 11.3 milyard dollar artırması ilə müqayisədə, Asiyanın ən zəngin adamı olan Mukesh Ambaninin yaxşı bir il keçirdiyini demək olar.

Milli.Az bizplus.az-a istinadən bildirir ki, Ambaninin qurucusu olduğu və əsas fəaliyyət sahəsi neft emalı və neft-kimya işi olan "Reliance Industries Limited" şirkəti bu il istehlakçı məhsullarına yönəlib. Ambaninin sərvətindəki güclü artım, Reliance Industries Limited" şirkətinin səhmlərinin 38%-lik bahalaşaması sayəsində olub.

Sərmayəçilər, telekommunikasiya və pərakəndə kimi sektorların daha da böyüyəcəyi gözləntisi ilə pullarını "Reliance"yə qoyurlar. "Amazon.com Inc." kimi şirkətlərlə rəqabət apara bilmək üçün yerli bir e-ticarət nəhəngi meydana gətirmək məqsədilə, Ambani, quruluşundan üç il sonra Hindistanın 1 nömrəsi olan simsiz telefon işinə çoxu borclanma ilə əldə etdiyi puldan təxminən 50 milyard dollar yatırıb.

Mumbaidə 3 milyard dollarlıq fondu idarə edən "TCG Asset Management"in baş sərmayə məsulu Chakri Lokapriyaya görə, Ambaninin liderliyi ilə "Reliance" yalnız neft və təbii qaz sahəsində qalmayıb, telekommunikasiya və pərakəndə sektorlarına genişlənib və yaxın zamanda e-ticarətdə də "Reliance"ın inkişaf edəcəyi gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/813803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR