Bakıda mərkəz istiqamətində nəqliyyat axını müşahidə olunur (FOTO)

Bakıda mərkəz istiqamətində nəqliyyat axını müşahidə olunur (FOTO)
20:36 31 Dekabr 2019
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı Nəqliyyat Agentliyi bayram gecəsi xüsusi rejimdə işini davam etdirir.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, Dənizkənarı Milli parkda keçiriləcək atəşfəşanlıq və bayram şənlikləri ilə əlaqədar şəhər mərkəzi istiqamətində nəqliyyat axını müşahidə olunur. Lakin hazırda şəhər yollarında sıxlıq müşahidə olunmur.

Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi tərəfindən mərkəzi küçələrdə işiqforların vaxt planlanmasında dəyişiklik edilib.

Həmçinin, müntəzəm marşrut xətlərinin hərəkətinə və qanunsuz parklanma hallarına qarşı nəzarət artırılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3171997.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR