"Tencent" Avropada illik 10 milyard dollar sərmayə qoyacaq

"Tencent" Avropada illik 10 milyard dollar sərmayə qoyacaq
20:52 31 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

"Tencent Holdings Ltd" Avropada sərmayələri sürətləndirib 2020-dən etibarən illik 10 milyard dollara çatdırmağı planlaşdırır.

Milli.Az marja.az-a istinadən bildirir ki, bunu "Handelsblatt"a verdiyi müsahibəsində "Tencent Cloud Europe"un rəhbəri Li Shiwei bildirib.

Keçən illərdə Avropada milyardlarla dollarlıq sərmayə qoyaraq yeni bulud xidmətlərini Çin xaricində də genişlədən Çinin sosial media və oyun nəhəngi "Tencent", bir başqa Çinli nəhəngi "Alibaba Group Holding Ltd." ilə rəqabət edir.

Almaniyanın Çin xaricindəki ən ümidverici bulud bazarı olaraq önə çıxdığını ifadə edən Li, "Tencent"in gələcək üç ildə Avropada 2 min - 3 min arasında məşğulluq yaratmağı planlaşdırdığını bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/813789.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR