Uca Allahla bəndənin ticarət etməsi necə olur?

Uca Allahla bəndənin ticarət etməsi necə olur?
21:12 31 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Deyerler.org: Biz Allaha niyə ibadət edirik? Cəhənnəm qorxusuna görə, yoxsa behişt nemətlərinə görə? Bəlkə, sadəcə Allaha yaxınlaşmaq üçün?

Əmirəl-möminin (ə) belə bir məşhur hədisi var ki, buyurur: "İbadət edənlər üç dəstədirlər: bir dəstə tacirdir və fayda qazanmaq üçün ibadət edərlər. Bir dəstə quldur və cəhənnəm qorxusundan ibadət edərlər. Ancaq bir dəstə vardır ki, azaddırlar və ibadəti Allahın Özü və rizvanı üçün edərlər".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu hədisdən göründüyü kimi, hər üç dəstə ibadət edir. Lakin müxtəlif dərəcələrdə və birinci dəstə ilə ikinci dəstənin ibadəti üçüncü dəstənin ibadətindən daha aşağıdır. Həzrət Əli (ə) buyurur ki, insanlar mərifətlərinin dərəcəsinə görə ibadət edərlər.

Ona görə də əziz dost! Əgər azadələrin dərəcəsinə çata bilmirsənsə, tacir olmağa çalış. Allahla ticarət et. Allah Təala da Quranda tacir ibadətinə çoxlu işarələr etmişdir. Belə ki, şəhidlər də tacirlər idi. Onlar Allah yolunda cihad edən zaman Allahla ticarət etmişdilər."Möminlər içərisində elələri də vardır ki, Allahla (döyüşdə ölənə qədər sabitqədəm olmaq barədə) bağlamış olduqları əhdi doğrultdular. Onlardan bəzisi öz nəzrlərinə əməl etdilər (şəhid oldular), bəzisi isə (şəhid olmağı) gözləməkdədirlər. Onlar (öz əhdlərində) heç bir dəyişiklik etmədilər". ("Əhzab" 23).

"Həqiqətən Allah möminlərin canlarını və mallarını onlardan cənnətin onların olması bahasına alıb". ("Tövbə" 111).

Hər kimin ticarətdən başı çıxırsa yaxşı bilir ki, ticarətdə ilk iş - xeyir əldə etdikdən sonra ziyanı dəf etməkdir. Xeyir əldə etmək üçün ticarətin ziyanlarından ehtiyatlı olmaq lazımdır. Allah Təala ilə edilən ticarətdə behiştə çatmaq üçün cəhənnəm kimi ziyandan da qorxmaq lazımdır. Bu ziyanı özündən uzaqlaşdırmaq lazımdır. Belə olan zaman müvəffəq bir tacir ola bilərsən. Ona görə də Allaha qul kimi itaət edib, ibadət edib, behişti satın ala biləsən.

Bu savab və behişti qazanmaq üçün səy göstər. Çünki bu İmam Əlinin (ə) övladlarına etdiyi vəsiyyətdən biridir: "Siz ikiniz (bu dünyada) savab və əcr üçün əməl edin (ibadət edin)".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/814321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR