Hyundai Aura sedanının eskizlərini dərc edib - FOTO

Hyundai Aura sedanının eskizlərini dərc edib - FOTO
21:32 31 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Hyundai şirkətinin Hindistandakı ofisi yerli bazar üçün nəzərdə tutulmuş yeni sedanın eskizlərini dərc edib. Hyundai Aura adlandırılmış model ölçülərinə görə Accent modelindən kiçik olacaqdır.

Hyundai Aura modeli Hyundai Grand i10 Nios hetçbekinin bazasında hazırlanacaqdır. Yeni model markanın model xəttində əvvəlki nəsil Grand i10 modelinin bazasında yaradılmış Hyundai Xcent sedanına yoldaşlıq edəcəkdir. Bütün modellər Hindistanda paralel olaraq satılacaqdır, çünki köhnə modellər də yaxşı tələbata malikdirlər.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Hyundai şirkəti Aura sedanının dizayn üslubunu "Sensuous Sportiness dizayn fəlsəfəsinin idman və futuristik təzahürü" adlandırır. Cənubi Koreya istehsalçısı yeni üslubu bu ilin yazında nümayiş etdirilmiş La Fil Rouge konseptində göstərib. Çox güman ki, Hyundai Aura modelinin mühərrik çeşidinə 83 at qüvvəli 1,2-litrlik benzin mühərriki və 75 at qüvvəli 1,2-litrlik üçsilindrli turbodizel daxil ediləcəkdir.

Yeni modelin təqdimatı Hindistanda keçiriləcək Auto Expo 2020 sərgisində baş tutacaqdır. Yeri gəlmişkən, Hyundai şirkəti digər bazarlarda da buna bənzər yığcam sedanlar təklif edir. Məsələn, Braziliyada Hyundai HB20S, Çində isə Hyundai Reina modelləri satılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/811730.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR