Gəncədə yol qəzasında 2 nəfər yaralanıb

Gəncədə yol qəzasında 2 nəfər yaralanıb
21:42 31 Dekabr 2019
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Əttarlar küçəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını ilə "Ford Tranzit" yük maşını toqquşub. Qəza zamanı "Ford"un sürücüsü Əhmədov Elmar və 14 yaşlı övladı Əhmədov İmran Elmar oğlu  xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/814858.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR