Hacıqabulda avtomobilin vurduğu iki qadından biri ölüb, digəri ağır vəziyyətdədir - FOTO

Hacıqabulda avtomobilin vurduğu iki qadından biri ölüb,  digəri ağır vəziyyətdədir - FOTO
21:47 31 Dekabr 2019
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində "Mercedes" markalı minik avtomobili yolu keçən iki nəfəri - nənə və nəvəni vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qadınlardan biri hadisə yerində ölüb, digəri isə ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində "Mercedes" markalı minik avtomobili tərəfindən vurulan şəxslərin kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə zamanı ölən şəxs Hacıqabul sakini, 60 yaşlı Əsgərova Sitarə Səftərxan qızı, onun nəvəsi isə 29 yaşlı Əsgərova Füruzə Absalam qızıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/814860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR