Huawei şirkətinin yaradıcısı ABŞ sanksiyalarına qarşı olan B planından danışdı

Huawei şirkətinin yaradıcısı ABŞ sanksiyalarına qarşı olan B planından danışdı
21:52 31 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Huawei Developer Day konfransı çərçivəsində Huawei şirkətinin yaradıcısı Ren Zhengfei şirkət məhsullarından aktiv şəkildə istifadə edən yarım milyard istifadəçi göstəricisinin əldə olunduğunu elan edib. Bununla yanaşı jurnalistlərə müsahibə verən zaman o, ABŞ sanksiyalarının davam edəcəyi halda şirkətin mövcud olan B planından danışıb. Bu barədə Gizchina saytı xəbər verib.

Milli.Az technote.az-a istinadən bildirir ki, Ren Zhengfei qeyd edib ki, şirkətin sağ qalması üçün ABŞ ilə olan münasibətdə baş verə biləcək ən pis nəticələrə hazırlaşmaq lazımdır. O qeyd edib ki, hal hazırda şirkət 570 milyon aktiv istifadəçiyə və şirkətin fərdi ekosisteminin inkişaf etdirilməsi üçün qeydiyyatdan keçmiş 1.2 milyon tərtibatçıya sahibdir. Bundan əlavə olaraq Huawei Mate 30 flaqman smartfon seriyası və 5G şəbəkəsi üçün olan baza stansiyaları artıq ABŞ istehsalı olan komponentlərsiz hazırlanır.

"Bizim çox iddialı B planımız var. Əgər ABŞ hökuməti bizə məhsul satılması məsələsində öz şirkətlərinə qadağanı aradan qaldırmasa bizim başqa variantlarımız da var. Əgər həmin variantlar stabil olsalar, düşünmürəm ki, biz gələcəkdə ABŞ şirkətləri ilə əməkdaşlığı davam etdirək" - deyə Ren Zhengfei qeyd edib. O həmçinin bildirib ki, Huawei dünyanın ən böyük smartfon istehsalçısı olmaq potensialına sahibdir. Lakin bunun üçün bir qədər müddət lazım olacaq. Qeyd etmək lazımdır ki, şirkətin növbəti böyük təqdimatı Huawei P40 smartfon seriyası olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/814286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR