Lamborghini Huracan Performante hərbiçı formasını "geyinib" - FOTO

Lamborghini Huracan Performante hərbiçı formasını "geyinib" - FOTO
22:32 31 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Amerikan R1 Motorsport tüninq atelyesi Lamborghini Huracan Performante superkarının bazasında hazırladığı maraqlı bir layihəni təqdim edib. Amerikan tüner avtomobilin kuzovunu tutqun yaşıl örtüklə üzləyərək, qapılarına ABŞ ordusunun qızıl ulduzlarını vurublar. Bundan başqa, superkar xüsusi olaraq hazırlanmış təkər disklərinə və Vorsteiner aerodinamik kuzov dəstinə sahib olub.

Milli.Az autograph.az-a istinadən bildirir ki, hərbiçı forması "geyinmiş" Huracan Performante modelini inkişaf etdirilmiş spoyleri olan ön bamper, karbondan hazırlanmış yan ətəklər, təkmilləşdirilmiş kapot, əlavə havalandırma girişləri olan qanadlar və iri arxa antiqanad sayəsində asanlıqla tanımaq olar.  Bundan başqa, superkar müxtəlif ölçülü ADV 10 Track Spec CS təkər disklərinə malik olub.  

Atelye mütəxəssisləri avtomobili daha mütərəqqi və güclü səsə malik olan buraxılış sistemi ilə də təchiz ediblər. Güc aqreqatının xarakteristikaları açıqlanmasa da, mühərriki 10-20 at qüvvəsi arasında əlavə gücə malik olacağını ehtimal etmək olar. Tüner təkmilləşdirmələrin qiymətini də açıqlamayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/811722.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR