Bakıda 4 otaqlı evdə yanğın olub

Bakı şəhərinin Yasamal rayonunda yanğın olub.

Metbuat.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 100 m² olan 4 otaqlı mənzildə ev əşyaları 8 m² sahədə yanıb.

Yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 12 m² sahədə qarsalanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR