Metro polisi qatar yoluna pirotexniki vasitə atan 3 nəfəri saxlayıb

Metro polisi qatar yoluna pirotexniki vasitə atan 3 nəfəri saxlayıb
23:32 31 Dekabr 2019
51 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Metropolitenində polis şöbəsinin əməkdaşları, metronun “28 May” stansiyasında qatar yoluna pirotexniki vasitə atan şəxsləri saxlayıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a bildirib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən 1998-ci il təvəllüdlü, Yardımlı rayon sakini Vüqar Hüseynli, 1996-cı il təvəllüdlü, Abşeron rayonu, Ceyranbatan qəsəbə sakini Şahin Abbasov və 1998-ci il təvəllüdlü, Zəngilan rayon sakini Rövşən Məmmədov saxlanılıb.
“Bakı Metropoliteni paytaxt sərnişinlərə xəbərdarlıq edir ki, metropolitenin istifadə qaydalarına riayət etsinlər. Əks təqdirdə digər sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görüləcəkdir”- deyə qurum rəsmisi əlavə edib.

20:07***
Bu gün saat 18:40 radələrində Bakı metrosunun "28 May" stansiyasında qatarların hərəkətində 5 dəqiqəlik fasilə yaranıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a bildirib ki, fasiləyə səbəb həmin stansiyada naməlum sərnişinin qatar yoluna pirotexniki vasitə atması olub:
“Naməlum sərnişin özüalışan və tüstü buraxan pirotexniki vasitəni üzü “İçəri Şəhər” stansiyası istiqamətinə gedən tunelə atıb. Partlayış səsi eşidildikdən sonra təlimata uyğun olaraq qatarların hərəkəti, gərginlik dayandırılıb.
Əraziyə baxış keçirildikdən sonra qatarların hərəkəti bərpa edilib. Bu isə təxminən 5 dəqiqəlik fasiləyə səbəb olub. Xoşbəxtlikdən metroda heç bir tüstülənmə və yanğın olmayıb. Sadəcə həmin vasitənin özü yanıb”.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/metro-polisi-qatar-yoluna-pirotexniki-vasite-atan-3-neferi-saxlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR