Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 100 m² olan 4 otaqlı mənzildə ev əşyaları 8 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görəŞ, yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 12 m² sahədə qarsalanıb. Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.