"Onun nə qərar verdiyini artıq bilirəm, amma söyləməyəcəm"

"Onun nə qərar verdiyini artıq bilirəm, amma söyləməyəcəm"
00:05 1 Yanvar 2020
76 İdman
Ölkə mətbuatı
A- A+

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo mövsümün sonunda müqaviləsi bitəcək Kristian Eriksenin gələcəyi barədə danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis danimarkalı futbolçunun qərar verdiyini bildirib:

"Onunla üz-üzə əyləşib, dürüst şəkildə söhbət elədik. Danışıq zamanı bir-birimizə güvəndik. Onun nə qərar verdiyini artıq bilirəm, amma bunu söyləyə bilmərəm.

Onun gələcəyi barədə açıqlamanı verən ilk şəxs mən olmamalıyam. Bu, onun özü şəxsi işləridir. Axı biz bir-birimiz güvənərək söhbət elədik".

27 yaşlı yarımmüdafiəçi 2013-cü ildə "Ayaks"dan 13,5 milyon avro qarşılığında "Tottenhem"ə keçmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/814866.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR