Bakıda 2020-ci il möhtəşəm atəşfəşanlıqla qarşılandı

Bakıda 2020-ci il möhtəşəm atəşfəşanlıqla qarşılandı
00:55 1 Yanvar 2020
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Dənizkənarı Milli Parkın ərazisində atəşfəşanlıq təşkil olunub.

Trend-in məlumatına görə, Dənizkənarı Milli Parkda izdiham yaşanıb. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan bayram atəşfəşanlığını on minlərlə insan maraqla izləyib.

Qeyd edək ki, Yeni il münasibətilə Dənizkənarı Milli Park, paytaxtın digər parkları və mərkəzi küçələri bayramsayağı bəzədilib, yolkalar qurulub. Həmçinin müxtəlif yeni il atributları və simvolları, nağıl qəhrəmanlarının fiqurları quraşdırılıb, müxtəlif yerlərdə bayram yarmarkaları təşkil olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3172029.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR